Aquatlon üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan triatlon millisi İspaniyaya yola düşüb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Triatlon Federasiyası məlumat yayıb.

 

Bildirilib ki, iyulun 18-də keçiriləcək yarışda yığmamızın heyətində iki idmançı mübarizə aparacaq.

 

Yeniyetmələrin yarışında Əli Rzazadə, U-23 yaş kateqoriyasında isə Leyla Abduləzizova Azərbaycanı təmsil edəcək.