"Liverpul" "Bornmut"un müdafiəçisi Din Heysenin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, "qırmızılar" ispaniyalı futbolçunun keçidi üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşır.

 

Heysenin müqaviləsində nəzərdə tutulan sərbəst qalma bəndi 58 milyon avrodur. Onunla "Liverpul"dan başqa, "Real", "Arsenal" və daha bir neçə klub maraqlanır.

 

Qeyd edək ki, 20 yaşlı müdafiəçi cari mövsümdə "Bornmut"un heyətində 31 matça çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.