"Liverpul" PSJ və Fransa millisinin hücumçusu Bredli Barkol ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, İngiltərə klubu və 23 yaşlı oyunçu ilə 2029-cü ilin yayına qədər müqavilə imzalayacaq. Barkol "qırmızılar"ın ona təklif etdiyi maaşdan razıdır.

 

"Liverpul" rəhbərliyinin indi transferlə bağlı PSJ ilə razılığa gəlməsi lazımdır. Parislilər oyunçuları üçün təxminən 170 milyon avro almaq niyyətindədirlər.

 

Qeyd edək ki, cinah oyunçusu 2025/26 mövümündə bütün turnirlərdə PSJ-nın heyətində 49 oyun keçirib, 13 qol vurub və yeddi məhsuldar ötürmə edib. Futbolçu DÇ-2026-da meydana çıxdığı səkkiz oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.