"Beşiktaş"ın idman direktoru Önder Özen hücumçu Məhəmməd Salahın transferi ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, o, bu barədə "beIN SPORTS"-a danışıb:
"Salahla əlaqə saxladıq. Salah dünya ulduzu və hörmətli idmançıdır. Məsələnin maliyyə hissəsinə keçmədən öncə onunla üç dəfə görüşdük. Bu vaxta qədər hər şey yaxşı getmişdi".
Sazişin maliyyə tərəfi başlayanda, danışıqlar dalana dirəndi. İstəklər gəlməyə başladı və fikrimcə, Salah kimi hörmətli bir idmançının bundan xəbəri yox idi. Prezidentimiz müvəqqəti olaraq danışıqlar masasından uzaqlaşıb. Salahın keçidi hazırda bizim üçün bağlıdır.
Mənim "hə" və ya "xeyr" deyə biləcək səlahiyyətim yoxdu. "Beşiktaş"ın öz şərtlərinə əsasən verdiyi təklif aydındır. Bu təklifə cavab alınarsa, nəzərdən keçirilə bilər. Amma "Beşiktaş"ın başqa bir təklifi olmayacaq. Oyunçunun nümayəndələri başqa bir klubla da danışıqlar apardıqlarını və bəlkə də orada nəticə əldə edə biləcəklərini bildiriblər".
Qeyd edək ki, bir müddət əvvəl mediada iyulun 1-dən bəri azad agent olan 34 yaşlı misirlinin Türkiyə klubunda ildə 15 milyon avro maaş alacağını bildirlmişdi.