"Ayaks"ın və Serbiya millisinin keçmiş ulduzu Duşan Tadiç yenidən Niderland çempionatında çıxış edəcək. Sport24.az xəbər verir ki, 37 yaşlı futbolçu dünən "NEC Nijmegen" klubu ilə müqavilə bağlayıb.

 

Yeni komandasına azad agent statusu ilə qoşulan forvardın sözləşməsi 2028-ci ilin yayına qəədər nəzərdə tutulub.

 

Qeyd edək ki, Duşan Tadiç karyerası ərzində "Tvente", "Sauthempton", "Ayaks", "Fənərbaxça" və "Əl-Vahda"nın formasını geyinib. Hücumçu Serbiya millisində 111 oyun keçirib və 23 qol vurub.