"Yuventus" "Mançester Yunayted"in hücumçusu Coşua Zirkzee üçün icarə danışıqlarının son mərhələsinə qədəm qoyub. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı nidrlandlı icarə əsasında 2026/27 mövsümündə İtaliya klubuna qoşulacaq. "Yuventus"un oyunçunun sonradan 35 milyon avroya almaq seçimi də olacaq.
Qeyd edək ki, Zirkzee 2024-cü ilin iyulundan "Mançester Yunayted"in formasını geyinir. Onun ingilis klubu ilə mövcud müqaviləsi 2029-cu ilin yayında bitir. Hücumçu 2025/26 mövsümündə 26 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.