İngiltərənin "Liverpul" klubu heyətinə yeni hücumçu cəlb edib. Sport24.az xəbər verir ki, Premyer Liqanın qalibi "Salford Siti"dən Uill Raytı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı forvardla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Uill Rayt ötən mövsüm "Salford Siti"nin heyətində 4 rəsmi matçda meydana çıxıb.