Almaniyanın "Bayer" klubunda yeni müqavilə qeydə alınıb. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisi Patrik Şikin sözləşməsinin müddətini uzadıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Çexiyalı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Bayer" Patrik Şiki 2020-ci ilin yayında "Roma"dan ttransfer edib. 29 yaşlı futbolçu ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 27 qol v