Premyer Liqaya qayıdan "Qəbələ" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar" Eduardo Kunde ilə anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Braziliyalı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Eduardo Kunde Braziliyanın "Avay" klubunun yetirməsidir. 27 yaşlı futbolçunun son klubu İndoneziya təmsilçisi "Persis Solo" olub.