Transfer çalışmalarını davam etdirən "Difai" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, I Liqa təmsilçisi Nihad Həsənzadəni rənglərinə bağlayıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

22 yaşlı müdafiəçi ilə müdafiəçi klub arasında 1 illik müqavilə imzalanıb.

 

Nihad Həsənzadənin son komandası 2023-25-ci illərdə formasını geyindiyi "Qarabağ-2" olub. O buna qədər "Şamaxı-2 " komandasında çıxış edib. Eyni zamanda Həsənzadə Azərbaycanın U-19 milli komandasının şərəfini qoruyub.