"Qarabağ" UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Şimali Makedoniyada "Şkendiya"nın qonağı olacaq. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu artıq paytaxt Skopyedədir.
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.