UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçilərinin də potensial rəqibləri müəyyənləşib.

 

"Sabah" Bolqarıstanın "Levski" klubunu mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda "AZ Alkmar" (Niderland) - "Vatus" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.

 

"Araz-Naxçıvan" - "Omoniya" (Kipr) cütünün qalibi isə Liqa mərhələsinə yüksəlmək üçün PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları 21-28 avqust tarixlərində keçiriləcək.