"Sonderjyske"nin futbolçusu Maksim Sulya Danimarka Superliqasının 3-cü turunda "Norşellan"la oyundan (3:2) sonra qeyri-adi hədiyyə alıb. Sport24.az xəbər verir ki, son oyunda iki dəfə fərqlənən Sulya "Sonderysk"in 3:2 hesablı qələbə qazanmasına kömək edib.

 

Maksim matçın ən yaxşı oyunçusu seçilib və klubun sponsorundan 55 kiloqram kartofla mükafatlandırılıb.

 

Qeyd edək ki, 3 turdan sonra hesabında 4 xal olan "Sonderysk" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.