La Liqa-da futbolçuların rəqibləri ilə danışarkən ağızlarını əlləri ilə örtməsinə görə qırmızı vərəqə alması qaydası tətbiq edilməyəcək. Sport24.az xəbər verir ki,  IFAB bu qaydanın milli yarışlarda tətbiq olunub-olunmamasına qərar vermək səlahiyyətini yerli qurumlara verib. Texniki Hakimlər Komitəsi (CTA) isə La Liqa üçün fərqli qərar qəbul edib.

 

Belə ki, futbolçunun rəqibi ilə danışarkən ağzını əli ilə örtməsi qırmızı vərəqə ilə cəzalandırılmayacaq.

 

CTA-dan bildirilib ki, futbolçunun nə dediyi məlum olmadığı üçün bu hərəkətə görə qırmızı vərəqə göstərilməsi ədalətsiz və həddindən artıq sərt qərar olardı.