İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib. Sport24.az xəbər verir ki, "Ovyedo" Velko Paunoviçlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Velko Paunoviç bu ilin mart ayından "Ovyedo"nu çalışdırırdı. Komanda onun rəhbərliyi altında La Liqaya vəsiqə zamanıb. Onlar hazırda 6 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıblar.