Xviça Kvaratsxeliya "Napoli"də qalacaq. Sport24.az xəbər verir ki, ona bir çox klubdan təklif gəlsə də, Neapol təmsilçisi gürcünü razı sala bilib.

 

Belə ki, Kvaratsxeliya 2029-cu ilə "Napoli"də qalıb. Onun hazırkı müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

 

Yeni müqaviləyə əsasən, klub rəhbərliyi Kvaratsxeliyanın maaşını bonuslar nəzərə alınmaqla illik 4,6 milyon avrodan 6 milyona yüksəldəcək.

 

23 yaşlı yarımmüdafiəçi "Dinamo"(Tbilisi), "Rustavi", "Lokomotiv"(Moskva), "Rubin", "Dinamo"(Batumi) klublarında oynadıqdan sonra 2022-ci ildə "Napoli"yə keçmişdi.