Futbol üzrə Cənubi Koreya çempionatında 9-cu turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası "Daejeon" da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə "Seul"la qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.

Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.

"Daejeon" hazırda 9 xalla 10-cu pillədə qərarlaşıb.