Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda qadınların skit yarışlarında təsnifat mərhələsi başa çatıb.

Sport24.az xəbər verir ki, Azərbaycan atıcılarından həlledici raunda vəsiqə qazanan olmayıb.

117 xalla 9-cu olan Nurlana Cəfərovanı finaldan iki xal ayırıb. Reqina Meftahətdinova 108 xalla 32-ci, Sevda Mustafayeva 99 xalla 43-cü, Cəmilə Paşayeva 89 xalla 45-ci yeri tutub.

Qeyd edək ki, bu növdə mükafatların sahibləri günün ikinci yarısında bəlli olacaq.