"Əvvəlki heyətimizdən komandada 4-5 oyunçu qalıb".

Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Marqarita Stapanenko deyib.

"Bekeşçaba" ilə Macarıstan çempionatının bürünc mükafatını qazanan hücumçu Qızıl Avropa Liqasının startı ərəfəsində qarşıdakı yarış barədə fikirlərini açıqlayıb: "Komandamızda müdafiə xətti əsasən gənclərdir. Onlar üçün qarşıdakı matçlar beynəlxalq təcrübə toplamaq üçün yaxşı şans olacaq. Güclü komandalara qarşı oynamalı olmağımız əlavə stimuldur. Əlbəttə, biz qələbə qazanmaq istəyirik. Düşünürəm ki, Faiq Qarayevin rəhbərliyi altında hər şey alınacaq".

Qeyd edək ki, bu gün Sloveniya toplanışına yola düşən millimiz Qızıl Avropa Liqasında ilk matçını mayın 17-də Xorvatiyaya qarşı keçirəcək.