"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klubun "Liverpul"un forvardı Luis Diası transfer etməsini istəyir. Sport24.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
"Əl-Nəsr" "Liverpul"un tələb etdiyi 100 milyon avronu ödəməyə hazırdır. Bundan əvvəl isə "qırmızılar" "Bavariya"nın kolumbiyalı futbolçu üçün 67,4 milyon avroluq təklifini rədd etmişdi.
Qeyd edək ki, Dias ötən mövsüm bütün turnirlərdə 50 matçda iştirak edib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.