"Qarabağ"ın braziliyalı sabiq futbolçusu Kadi Borges Asiyadan təklif alıb. Sport24.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin agenti Xelsio Aliks müştərisinə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı klublarından təklif olduğunu açıqlayıb: "Kadiyə maraq həqiqətən olub. Lakin "Krasnodar" onun transferini razılaşdırmadı".

Xatırladaq ki, Kadi cari mövsümdə bütün turnirlərdə 20 matç keçirərək 4 qola imza atıb, 1 məhsuldar ötürmə verib.