Uzun illər MHL-də çıxış edən Rusiya hokkey millisinin sabiq əfsanəvi üzvü İlya Kovalçuk karyerasını bərpa edə biləcəyini söyləyib. Sport24.az xəbər verir ki, hazırda istirahət edən 40 yaşlı hokkeyçi həm də övladlarına vaxt ayırdığını söyləyib.

O, hər an meydana çıxmağa hazır olduğunu bildirib. Yeri gəlmişkən, Kovalçuk hazırda 14 yaşlı oğlunun yüksək səviyyəli futbolçu olması üçün çox çalışdığını bildirib. O, bunun üçün övladını Braziliyaya da yollayıb: “Böyük oğlum futbolla məşğul olur, bu yaxınlarda onu izləmək üçün Braziliyaya getmişəm. Hazırda elə yaşdadır ki, onu nəzarət altında saxlamaq lazımdı. “Korintians” akademiyasında futbolun sirlərini öyrənir, cinahda oynayır, bəzən ortaya da çəkilir. Ən sevdiyi cinah sol cinahdır. Bir sözlə, Rusiya millisi üçün kadr hazırlayırıq”.