"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer gələcəyi ilə bağlı qərarını verib. Sport24.az "TBR Football"a istinadən xəbər verir ki, futbolçu başqa klubların maraq dairəsində olmasına baxmayaraq "zadəganlar"dan ayrılmayacaq.
Gənc futbolçu yenidən optimal formaya düşüb London klubuna kömək etmək istəyir.
Qeyd edək ki, cari mövsümdə Palmer bütün turnirlərdə 39 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2033-cü ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 130 milyon avro qiymətləndirir.