"Real" "Liverpul"un keçmiş baş məşqçisi, hazırda "Red Bull"un Qlobal Futbol Departamentinin rəhbəri Yurgen Kloppun xidmətində maraqlıdır. Sport24. Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
"Kral klubu"nun təmsilçiləri Klopla iki dəfə əlaqə saxlayaraq gələcək planları ilə maraqlanıblar. Almaniyalı mütəxəssis isə hələ ki, məşqçilik fəaliyyətinə qayıtmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Klopp 2015-2024-cü illərdə "Liverpul"da çalışıb. İngiltərə klubu onun rəhbərliyi altında Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.