Kolumbiyanın "Tiqres" klubunun prezidenti Edqar Paes öldürülüb. Sport24.az bər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, klub rəhbəri II Liqanın XIII turunda "Atletiko Kali"yə uduzduqları matçdan sonra güllələnib.

Hadisə ötən gün Paes qarşılaşmadan sonra evə qayıdarkən baş verib. O, hadisə yerində vəfat edib. Güllələnməyə səbəb kimi komandasının uduzması qeyd olunur.

Kolumbiya Futbol Federasiyası da klub prezidentinin vəfatı ilə bağlı başsağlığı verib.