Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" heyətini daha 1 gürcü oyunçu ilə gücləndirib. Sport24.az klubun saytına istinadən xəbər verir ki, I Liqa təmsilçisi Tiflis "Dinamo"sundan hücumçu Davit Şhirtladzeni bu mövsümün sonuna kimi icarəyə götürüb.

 

"Kocaelispor" bu ay "Ferensvaroş"dan Giorgi Xaraişvilini də transfer edib.

 

Qeyd edək ki, Şhirtladze 2021-ci ildə "Viborq"dan "Dinamo"ya keçib.