Almaniya millisinin futbolçusu Coşua Kimmix dünya çempionatına vidalarını şərh edib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi Paraqvaya uduzduqları (1:1, penaltilər 3:4) görüşdən sonra "Maqenta TV"yə açıqlamasında bunları deyib:

 

"Məğlubiyyətə layiq idik. Dəhşətli hisslər yaşayırıq. Səviyyəmizə bərabər olmayan üç komandaya qarşı pis oynadıq. Yekunda mundialla vidalaşdıq. Növbəti turnirlərdə daha güclü olmaq üçün çalışmalıyıq.

 

Məsuliyyətin səbəbkarı biz oyunçulardır. Meydanda olan bizik. Burda nə baş məşqçinin, nə medianın günahı var. Səhvləri edən biz olduq".