Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yerli "Iğdır" komandası ilə üz-üzə gəlib.
7 qolun vurulduğu matç türklərin qələbəsiylə başa çatıb – 4:3. "Zirə"nin qollarını Yeqor Boqomolski (2) və Elçin Əlicanov vurub.
"Zirə" Boludakı ilk matçında Özbəkistan təmsilçisi "Navbahor"a 1:3 hesabı ilə uduzub.