"Əl-Nəsr"in hücumçusu Con Duran Türkiyə Super Liqasında qayıda bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" kolumbiyalı futbolçunu heyətinə qatmaq istəyir.
Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Türkiyə çempionunun planı Duranı icarəyə götürməkdir. "Qalatasaray"ın 22 yaşlı forvardın keçidi üçün Səudiyyə Ərəbistanı klubu ilə razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, Con Duran 2025/26 mövsümünün birinci yarısında icarə əsasında "Fənərbaxça"da çıxış edib. Kolumbiya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.