"Neftçi" PFK-nın rəsmi mağazasında satış rekordu qeydə alınıb. Sport24.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

2025/26 mövsümündə 7837 ədəd məhsul satılıb. Bunlardan 1374-ü rəsmi oyun formasıdır. Bu göstərici klub tarixində rekorddur.

 

Klub azarkeşlərə təşəkkür edib.