Çimərlik futbolu üzrə Azərbaycan yığmasının Gürcüstanda keçiriləcək Avropa çempionatının B Liqasında keçirəcəyi oyunların təqvimi açıqlanıb. Sport24.az Azərbaycan Çimərlik Futbolu Federasiyasına istinadən xəbər verir ki, milli turnirdəki ilk qarşılşamasını iyulun 15-də İngiltərəyə qarşı keçirəcək.

 

Milli komanda iyulun 16-da Slovakiya, bir gün sonra isə Latviya ilə üz-üzə gələcək.

 

İngiltərə ilə görüş Bakı vaxtı ilə 18:30-da, digər iki qarşılaşma isə 19:30-da start götürəcək.

 

Avropa çempionatı iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində təşkil olunacaq. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.