Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasında vurulan qolların sayına görə isveçli Zlatan İbrahimoviç və ukraynalı Andrey Şevçenkoya çatıb.

 

Sport24.az xəbər verir ki, 25 yaşlı forvard buna "Barselona"ya qalib gəldikləri 1/4 final mərhələsinin cavab matçında dubl etməklə nail olub.

 

Fransalının aktivində artıq 48 qol var.

 

Qeyd edək ki, o, İbrahimoviç və Şevçenko ilə birlikdə 9-cu pillədə qərarlaşıb. Rekord portuqaliyalı Kriştianu Ronalduya məxsusdur.

 

Çempionlar Liqasının bombardirləri

1. Kriştianu Ronaldu - 140 qol

2. Lionel Messi - 129

3. Robert Levandovski - 94

4. Kərim Benzema - 90

5. Raul Qonsales - 71

6. Rud van Nistelroy - 56

7. Tomas Müller - 54

8. Tyerri Anri - 50

9. Kilian Mbappe, Andrey Şevçenko, Zlatan İbrahimoviç - 48