"Mançester Siti" rəhbərliyi dünən komandanın heyətində son oyununu keçirən Kevin De Bruyneyə heykəl qoymağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb:

 

"Biz yarımmüdafiəçinin möhtəşəm karyerasını xatırlamaq üçün stadionumuzda onun heykəlini qoyacağıq. 10 il klubumuzun uğurları üçün çalışan futbolçu buna layiqdir".

 

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi iyunda başa çatır. Belçikalı futbolçu "şəhərlilər"in heyətində 421 oyun keçirib, 108 qol vurub və 177 məhsuldar ötürmə edib.