DÇ-2026-nın seçmə mərhələsinin J qrupunda keçirilən oyunda Belçika millisi evdə Qazaxıstanı 6:0 hesabı ilə məğlub edib. Meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne bu oyunda iki qol vurub və 1 məhsuldar ötürmə etməklə adını tarixə yazdırıb. Sport24.az "Noite de Copa"ya istinadən xəbər verir ki, bu göstərici ilə Kevin 21-ci əsrdə milli komandada məhsuldar ötürmələrin sayına görə uruqvaylı hücumçu Luis Suaresə çatıb.

 

Hər iki futbolçunun aktivində indi 291 məhsuldar ötürmə var. İndi onlar yalnız  Duşan Tadiç (Serbiya, 292) və Lionel Messi (Argentina, 389) geri qalırlar

 

Qeyd edək ki, De Brüyne yayda uzun illər formasını geyinən "Mançester Siti"ni İtaliya təmsilçisi "Napoli"yə dəyişib.