Klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda daha bir oyun keçirilib. Sport24.az xəbər verir ki, B qrupunda Braziliyanın "Botafoqo" klubu ABŞ təmsilçisi "Sietl Saunders"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

 

"Botafoqo"nun heyətində qolları Jair Kunya və İqor Xesus vurub.  "Sietl Saunders"də isə Kristian Roldan fərqlənib.

 

Bu qrupun digər oyununda PSJ "Atletiko"ya 4:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, "Botafoqo" iyunun 20-də "Atletiko", "Sietl Saunders" isə PSJ ilə qarşılaşacaq.