"Lill"in hücumçusu Conatan David karyerasını "İnter"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb. Onun sözlərinə görə "İnter" 25 yaşlı futbolçuya illik 5 milyon avro maaş təklif edib.
Davidin qərar verməyə tələsmədiyi, digər klublardan gələn təklifləri dəyərləndirməyi planlaşdırdığı bildirilir.
Forvard bu mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 23 qol vurub və 10 məhsuldar ötürmə edib.
Kanadalı forvardın "Lill"lə hazırkı müqaviləsi bu yay başa çatır. "Transfermarkt" mütəxəssisləri futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.