Kamerun millisinin və "Brayton"un futbolçusu Karlos Baleba açıqlama verib. Sport24.az xəbər verir ki, "Sky Sports"a verdiyi müsahibədə 21 yaşlı yarımmüdafiəçi hədəflərindən danışıb.
O bildirib ki, Afrika Millətlər Kubokunda dünyanın ən yaxşı yarımmüdafiəçi olduğunu sübut etmək istəyir.
Qeyd edək ki, Baleba Kamerun millisinin Afrika Millətlər Kubokundakı ilk oyununda Qabona qarşı meydana çıxacaq.