"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yeni formatını tənqid edib. Sport24.az Marca-ya istinadən xəbər verir ki, "Kral klubu"nun çalışdırıcısı oyunların sayının çox olmasından şikayət edib:

 

"Yeni format? Oyunların sayı həddən artıq çoxdu. Bizə onların sayını azaltmaq, nəinki çoxaltmaq lazımdı. Bu formatı bəyənib-bəyənməməyim heç nəyi dəyişmir. Matçlar çoxdu. Bunu qəbul edib yola davam etməliyik". 

 

Qeyd edək ki, Liqa mərhələsinin yekunlarına görə, "Real" birbaşa 1/8 finala vəsiqə qazana bilməyib. Pley-off mərhələsində madirdlilər "Mançester Siti" və ya "Seltik"lə qarşılaşacaq.