Azərbaycanlı məşqçi Elnur Qəmbərov Kanadanın yeniyetmələrdən ibarət futzal millisinin baş məşqçisi təyin edilib.

Sport24.az xəbər verir ki, bu barədə Kanada Futzal Assosiasiyasının “Facebook” hesabında məlumat yayılıb.

Qəmbərov futzal üzrə Azərbaycan milli komandası və “Araz Naxçıvan” klubunda çıxış edib.