"Əl Hilal"da baş məşqçi Jorje Jesus ilə yollar ayrılacaq. Sport24.az xəbər verir ki, mütəxəssis komandanın uğursuz nəticələrinə görə işindən ayrılmaq istəyir.
Komanda bir neçə gün öncə Asiya Çempionlar Liqasında "Əl Əhli"yə uduzaraq, mübarizəni yarımfinalda dayandırıb.
Jesus Braziliya yığmasına baş məşqçi təyin edilə bilər.