"Udineze" "Qalatasaray"ın yarımmüdafiəçisi Nikolo Zaniolonu transferini həll edib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
İtaliya klubu 26 yaşlı futbolçu üçün Türkiyə nəhənginə 10 milyon avro ödəyib. Onun "Udineze" ilə yeni müqaviləsi 2029-cu ilə qədərdir.
Qeyd edək ki, Zaniolo ötən ilin sentyabrında "Udineze"yə icarəyə verilib. İtaliyalı futbolçu ötən mövsüm 34 oyunda iştirak edib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.