Ötən ay karyerasını bitirdiyini elan edən ispaniyalı Andres İniyesta yenidən böyük futbola dönür. Sport24.az xəbər verir ki, İspaniya yığmasının sabiq yarımmüdafiəçisi məşqçiliyə başlamaq istəyir.

 

O, Asiya Futbol Konfederasiyasının məşqçilik kurslarına yazılıb. Andresin təhsil prosesi Dubayda (BƏƏ) baş tutacaq. Kursun müddəti üç aydır.

 

Qeyd edək ki, İniyesta oktyabrın əvvəlində 22 illik peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Andresin çıxış etdiyi son klub BƏƏ-nin "Emirates" klubu olub.