Tanınmış ispaniyalı mütəxəssis Rafael Benites tezliklə "Panatinaikos"un yeni baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb.
İspan məşqçi iki illik müqaviləyə qol çəkəcək və ilinə 4 milyon avro qazanacaq. Bununla da Benites Yunanıstan tarixində ən yüksək maaş alan məşqçi olacaq.
İspaniyalı klub rəhbərliyinə bildirib ki, qısa vaxtda işinin icrasına başlamaq istəmir. Bu üzdən o, Avropa Liqası çərçivəsində ötən gün keçirilən "Feyenoord"-"Panatinaikos" qarşılaşmasını kənardan izləyib.