İspaniya millisinin müdafiəçisi Aymerik Laport AVRO-2024-ün ilk matçını buraxacaq. Sport24.az "AS" nəşrinə istinadən xəbər verir ki, o, millinin son məşqində zədə səbəbindən iştirak etməyib.

 

Əzələsində problem yaşayan Laport bərpa kursu keçməkdədir.

 

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-ə qədər Almaniyada keçiriləcək. İspaniya iyunun 15-də ilk görüşünü Xorvatiyaya qarşı oynayacaq.