İtaliyanın “İnter” komandası A Seriyasında 1500-cü qələbəsini qazanıb.

Sport24.az xəbər verir ki, Milan təmsilçisi buna 5-ci tur çərçivəsində qarşılaşdığı “Fiorentina”nı səfərdə 3:1 hesabı ilə məğlub etməklə nail olub.

Komanda A Seriyasında ilk qələbəsini 1929-cu ildə "Livorno"ya qarşı əldə edib. Yubiley 91 il 11 ay və 15 gün sonra gerçəkləşib.

Ötən mövsüm İtaliya çempionu olmuş “İnter” cari mövsümdə də 5 oyundan sonra 13 xalla liderdir.