"İnter" yeni qapıçı axtarışəna çıxıb və "Real" qolkiperi Andrey Luninlə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, ukraynalı "çərçivə qoruyucusu"nun keçidi Milan klubuna "Atalanta"nın qapıçısı Marko Karnesekkinin transferindən daha ucuz başa gələcək. Eyni zamanda, Luninin maaş şərti "Liverpul"dan Alisson Bekker və "Aston Villa"nın qapıçısı Emiliano Martinezinin gözləntilərindən daha azdır.

 

Qeyd edək ki, Lunin bu mövsüm bütün turnirlərdə 4 oyunda meydana çıxıb və bir matçda qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.