"İnter"in idman direktoru Piero Ausilio qapıçı Yann Sommerin "Qalatasaray"a keçə biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkə hesabında paylaşım edib:

 

"Yann Sommer "Qalatasaray"a keçməyəcək. Konkret heç nə baş verməyib, o, bizim qapıçımızdır və onun qalacağını gözləyirəm".

 

36 yaşlı isveçrəli 2023-cü ildən "İnter"də çıxış edir. Onun hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

 

Qeyd edək ki, Sommer 2024/25 mövsümündə bütün turnirlərdə 53 matçda iştirak edib ki, onun 22-də qapısını toxunulmaz saxlayıb.