"İnter"lə müqaviləsi başa çatan Yann Zommerin yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, isveçrəli qapıçı karyerasını Belçikada davam etdirəcək.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Zommer "Brügge" ilə anlaşıb. 37 yaşlı qolkiper yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.


Qeyd edək ki, "İnter" Yann Zommeri 2023-cü ilin yayında "Bavariya"dan transfer etmişdi. Təcrübəli "əlcək sahibi" 2025/26 mövsümündə Milan təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda qapısında 42 qol görüb.