"İnter" baş məşqçisi Simone İnzagi ilə yeni müqavilə imzalayıb.

Sport24.az xəbər verir ki, yeni müqavilənin müddəti 2026-cı ilə qədərdir. 

İtaliyalı mütəxəssis komandanı idarə etdiyi hər mövsüm üçün illik 6.5 milyon avro qazanacaq. Eyni zamanda, komanda İnzaqinin rəhbərliyi altında yenidən Skudettonu qazanarsa, baş məşqçi 2 milyon avro əlavə gəlir əldə edəcək.