"Bornmut"un şərəfini qoruyan Junior Krupi ilə "Liverpul" və "Çelsi" yaxından maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Mənbələrin sözlərinə görə, hər iki klub yay "transfer pəncərəsi"ndə futbolçu üçün konkret addımlar atmağı planlaşdırır. "Bornmut" isə 19 yaşlı futbolçunu təxminən 55-60 milyon funt sterlinq qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, PSJ-də futbolçu ilə maraqlanan klublar sırasındadır. Lakin Fransa təmsilçisinin marağı hələlik İngiltərə nəhəngləri qədər ciddi deyil.